İtaliyalı ulduzun akademiyası barədə müsadirə qərarı verildi

İtaliyalı ulduzun akademiyası barədə müsadirə qərarı verildi

İtaliya millisinin sabiq hücumçusu Çiro İmmobilenin Torre-del-Qrekoda (Neapol əyaləti) təsis etdiyi akademiya barədə müsadirə qərarı çıxarılıb.

Fanat.Az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, prokurorluq tərəfindən aparılan araşdırmada tikinti və təhlükəli tullantılarla bağlı qaydalarının pozulduğu aşkarlanıb.

Hazırda "Bolonya"nın formasını geyinən forvardın ailə üzvlərinin də daxil olmaqla, 6 nəfər haqqında istintaqın davam etdiyi bildirilib.

Futbolçu sosial şəbəkələr vasitəsilə verdiyi açıqlamada bu ilin martında açılışı olan akademiya ilə bağlı sonda ədalətli qərar çıxarılacağına və fəaliyyətində problem yaranmayacağına ümid etdiyini deyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər