İtaliyalı ulduz qırmadığı rekord qoymadı

İtaliyalı ulduz qırmadığı rekord qoymadı

"Milan"ın yarımmüdafiəçisi Sandro Tonali "Nyukasl"a keçməklə iki transfer rekordunu gerçəkləşdirib. 

Fanat.Az xəbər verir ki, italiyalı futbolçunun keçid məbləği bonuslar nəzərə alınmamaqla, 70 milyon avro təşkil edib. 

"Football Italia" nəşri bununla da Tonalinin iki transfer rekorduna imza atdığını vurğulayıb. İlk növbədə Tonali ən bahalı italyan oyunçu olub. Əvvəlki rekord "Çelsi"nin 2018-ci ildə "Napoli"dən 57 milyon avro ödədiyi Jorjinyoya məxsus idi. 

Bundan başqa, Sandro Tonali "Milan"ın tarixində qazanc əldə etdiyi ən bahalı oyunçu olub. Bundan əvvəlki rekordçu 2009-cu ildə “rossonerilər” tərəfindən 67 milyon avroya “Real Madrid”ə satılan Kaka idi.

Bundan əlavə, Tonali Alexandr Isak ilə birlikdə "Nyukasl"ın ən bahalı oyunçusu olub. "Sağsağanlar" hər iki futbolçu üçün 70 milyon avro ödəyib.   Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər