İtaliyalı qoleador sıradan çıxdı

İtaliyalı qoleador sıradan çıxdı

İtaliyanın "Latsio" klubu ciddi itki ilə üzləşib.

Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisinin bombardiri Çiro İmmobile zədələnib.

Hücumçu vətərindən xəsarət alıb. Futbolçu qarşıdakı matçlarda komandaya kömək etməyəcək. Həkimlər onun sağalması üçün ən azı 2 həftə vaxt lazım olacağını bildiriblər.

İmmobile ardıcıl 7-ci mövsümdür ki, romalıların bombardiridir. 32 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər