İtaliyalı qapıçıdan inanılmaz qol - VİDEO

İtaliyalı qapıçıdan inanılmaz qol - VİDEO

Ötən gecə İtaliyada futbolda nadir rast gəlinən qol vurulub.

Fanat.Az xəbər verir ki, C Seriyasında çıxış edən "Modena"nın qapıçısı Rikkardo Qanyo komandasına vacib qələbə qazandıran qola imza atıb.

24 yaşlı italiyalı qolkiper "İmolese" ilə matça əlavə olunmuş ilk dəqiqədə topu öz cərimə meydançasının həndəvərindən birbaşa rəqib qapısına göndərərək komandasının üstünlüyünü təmin edib. 

 

Bu qol sayəsində "Modena" çempionatın sonuna iki tur qalmış ən yaxın izləyicisindən 4 xal aralanıb və B seriyasına vəsiqəni böyük ölçüdə həll edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər