Rusiya - Ukrayna müharibəsi zamanı yerli hərbçilərlə rus əsgərlərinə qarşı döyüşməyə gələn italiyalı qapıçı Luka Vavassori xəsarət alaraq İtaliyaya qayıdıb.
Fanat.Az "Tribuna" saytına istinadən xəbər verir ki, C seriyasının "Alyaçione", "Lenyano", "Pro Partiya" klublarında oynamış sabiq qapıçı aprelin sonunda insanları Mariupoldan evakuasiya etməyə kömək edərkən yaralanıb.
Bir neçə gün sonra Vavassori sağ qaldığını elan edib və İtaliyaya qayıtmaq qərarına gəlib.
İtaliyalı qapıçı son olaraq öz "Instagram" səhifəsində Ukraydanakı missiyasını tamamladığını bildirib:
“Mənim üçün kifayətdir. Geri qayıtmağın vaxtıdır, daha irəli gedə bilmirəm. Düşünürəm ki, kömək etmək üçün əlimdən gələni etdim, Ukrayna xalqına vaxtımın və həyatımın bir hissəsini verdim. Amma indi xoşbəxt olduğum yerə qayıdıram. Mən gedəndən sonra çox şey dəyişdi. Bununla belə, əminəm ki, Tanrının köməyi ilə məqsədlərimə çatacağam".
Qeyd edək ki, İvan Luka Vavassori Rusiyada doğulsa da, italiyalı ailə tərəfindən övladlığa götürülüb.
Emin