"Napoli"nin baş məşqçisi Luçano Spaletti "Mançester Siti"nin çalışdırıcısı Xosep Quardiolanın komplimentinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Ayntraxt Frankfurt"u məğlub etdikləri (3:0) oyundan sonra "Amazon Prime"ə açıqlamasında belə deyib:
"Mən onun dedikləri ilə fəxr etmirəm. İnsanların başqalarına təzyiq etmək üçün oynadıqları bu ağıl oyunlarını bilirəm. “Napoli” “Mançester Siti”dən yuxarıda ola bilərmi? Onlar 900 milyon avro xərcləyə bilərlər, biz isə 9 milyon və bunun aydın səbəbləri var".
Qeyd edək ki, Quardiola bu yaxınlarda verdiyi açıqlamada "Napoli"ni hazırda Avropanın ən güclü komandası adlandırmışdı. Neapollular ötən axşam "Ayntraxt"ı böyük hesabla üstələyərək Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
Mirağa