İtaliyada mövsümün oyunçusu müəyyənləşdi

İtaliyada mövsümün oyunçusu müəyyənləşdi
İtaliya A Seriyasında 2019-20 mövsümünün ən dəyərli oyunçusunun kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, "Yuventus"un hücumçusu Paulo Dibala hamını qabaqlayaraq mükafata sahib çıxıb. Geridə qalan mövsümdə 33 matçda meydana çıxan argentinalı futbolçu 11 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
8-ci dəfədi ki, "Yuventus"un oyunçuları analoji mükafata layiq görülürlər. Daha öncə Andrea Pirlo (2012, 2013, 2014), Karlos Teves (2015), Leonardo Bonuççi (2016), Canluici Buffon (2017) və Kriştianu Ronaldu (2018) çempionatın ən dəyərli futbolçusu seçilmişdilər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər