"İnter"in baş məşqçisi Simone İnzaqi ilin ən yaxşı italyan məşqçisinə verilən "Bearzot" mükafatını alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Mükafatı İnzaqiyə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina təqdim edib.
İnzaqi 2021-ci ildən "İnter"ə rəhbərlik edir. Onun rəhbərliyi altında “neradzurri” 5 kubok qazanıb, həmçinin ötən il Çempionlar Liqasının finalına yüksəlib. “Qara-göylər” hazırda A Seriyasının turnir cədvəlinə başçılıq edir.
Mirağa