UEFA prezidenti Aleksander Çeferin İtaliyada infrastrukturun vəziyyəti barədə danışıb.
Fanat.Az xəbər verir ki, “Futbol-İtaliya” qitə futbol qurumunun rəhbərinin dediklərini belə çatdırıb:
“İtaliyada infrastruktur futbolun səviyyəsi və ölkənin çəkisi ilə müqayisədə çox zəifdir. Amma biz optimistik. Hökumət infrastrukturun inkişafına sərmayə qoymalıdır. Bunun üçün daha çox işlər görülməlidir. Hələlik hər şeyin yaxşı olacağına ümid edirik”.
Futbol üzrə 2032-ci il Avropa çempionatına İtaliya və Türkiyə şərikli evsahibliyi edəcəklər. 2028-ci ildəki turnir isə Böyük Britaniya və İrlandiyada təşkil olunacaq. Qeyd edək ki, növbəti Avropa çempionatı gələn il Almaniyada baş tutacaq.
Mirağa