İtaliyada ilginc derbi: 20-ci dəqiqədə bitdi

İtaliyada ilginc derbi: 20-ci dəqiqədə bitdi
İtaliyanın 3-cü liqasında maraqlı matç baş tutub. Fanat.az xəbər verir ki, qarşılaşma 20-ci dəqiqədə dayandırılıb.
Belə ki, Areçi şəhərinin iki komandasını - "Salernitana" və "Nokerina"nı üz-üzə gətirən qarşılaşmanın ilk 20 dəqiqəsində qonaq komanda hər üç oyunçu dəyişikliyi hüququndan istifadə edib. Daha sonra "Nokerina"nın 5 futbolçusu zədələnib və komanda meydanda 6 nəfərlə qalıb. Bu zaman hakim qaydalara uyğun olaraq qarşılaşmanı yarımçıq dayandırılıb.
Qeyd edək ki, İtaliyada yerli derbi statusu daşıyan qarşılaşmadan əvvəl "Nokerina"lı futbolçular yerli azarkeşlərin təhdidləri üzündən avtobusdan 40 dəqiqə gec enib. Polisin müdaxiləsindən sonra qonaqların təhlükəsizliyinə zəmanət verilib. "Nokerina"nın futbolçuları bundan sonra avtobusdan enib və isinmə hərəkətləri etmədən meydana çıxıblar. Bunun nəticəsində də futbolçular 20 dəqiqə tamam olmadan bir-bir zədələnərək meydanı tərk etməli olublar.
İtaliya mətbuatı isə ortaya fərqli iddia atıb. Həmkarlarımızın iddiasına görə, rəqib fanatlar tərəfindən təhdid olunan "Nokerina" 3 oyunçu dəyişikliyi hüqunundan matçın əvvəlində bilərəkdən istifadə edib. Daha sonra isə digər futbolçular zədəni bəhanə edərək meydanı tərka edib.
20 dəqiqəlik oyundan sonra açıqlama verən "Salernitana"nın baş məşqçisi Karlo Perrone "Bu matç futbol tarixinə qara ləkədi. Yaşıl meydanlarda necə belə bir şey ola bilər? Bu suala özümüz cavab verməliyik. Mən bir idman adamıyam və hazırda özümü bərbad hiss edirəm" deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər