İtaliyada həbslər davam edir: Qattuzo...

İtaliyada həbslər davam edir: Qattuzo...

İtaliyada oyun alqı-satqısı ilə bağlı qalmaqalların ardı-arası kəsilmir. Fanat.az xəbər verir ki, bu səhər ölkədə yeni əməliyyat dalğası başlayıb.

Kremona prokurorluğunun 2010-cu ildən apardığı, onlarla futbolçunun və veteranın həbs olunduğu "Last Bet" adlı istintaq çərçivəsində bu gün növbəti həbslər olub. Milan, Boloniya, Rimini və Messina şəhərlərində 15 ayrı evdə eyni anda basqın edən polis 4 nəfəri həbs edib. Bunların arasında oyun alverçiləri ilə futbolçular arasında əlaqə qurmaqda suçlanan Salvatore Spadaro və Françesko Bazzani də var. 

Polis adları şübhəlilər arasında olan "Milan"ın sabiq, "Sion"un hazırkı oyunçusu Cennaro Qattuzo və "Latsio"nun sabiq üzvü, "Milan"ın gənclərdən ibarət komandasının baş məşqçisi Kristian Broççinin də evində axtarışlar aparılıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər