İtaliyada ən çox qazanan baş məşqçi

İtaliyada ən çox qazanan baş məşqçi
Məşhur "La Gazzetta dello Sport" İtaliya A Seriyasındakı komandaların baş məşqçilərinin maaş reytinqi açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıya ilinə 12 milyon avro qazanan "İnter"in baş məşqçisi Antonio Konte başçılıq edir. 
İkinci yerdə 2,5 milyon avro maaşla Paulu Fonseka ("Roma") qərarlaşıb. "3-lüy"ü 2,2 milyon avro məvacibi olan Can Pyero Qasperini ("Atalanta") qapayır.
"Yuventus"un baş məşqçisi Andrea Pirlo 1,8 milyon avro maaşla 7-cidir. Ən az maaşı isə Fabio Liverani ("Parma") və Vinçentso İtalyano ("Spetsiya") alır - hərəyə 0,5 milyon avro.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər