İtaliyada bu stadion Berluskoninin adını daşıyacaq

İtaliyada bu stadion Berluskoninin adını daşıyacaq

Ötən gün dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri, "Milan" və "Montsa" klublarının sabiq sahibi Silvio Berluskoninin adı əbədiləşdirilir.

Fanat.Az xəbər verir ki, "Montsa"nın rəqiblərini qəbul etdiyi "Brianteo" stadionu Silvio Berluskoninin adını daşıya bilər. 

İnformasiyanı İtaliyanın "Sky" telekanalı yayıb. Telekanalın verdiyi məlumata görə, müvafiq təkliflə Montsa şəhər şurası çıxış edib.

Qeyd edək ki, "Montsa" 86 yaşında vəfat edən Berluskoninin rəhbərliyi altında 2022-ci ildə ilk dəfə İtaliyanın A Seriyasında yüksəlib. Komanda debüt mövsümündə turnir cədvəlini 11-ci pillədə başa vurub. Berluskoni futbol dünyasında əsasən 1986-2016-cı illərdə rəhbərlik etdiyi "Milan"ın sahibi olması ilə tanınır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər