İtaliya A Seriyasında iyul ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az A Seriyasının "Twitter" hesabına istinadən xəbər verir ki, "Yuventus"un hücumçusu Paulo Dibala mükafata layiq görülüb. Argentinalı futbolçu iyul ayında meydana çıxdığı 6 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Dibalanın 2019-20 mövsümündə çempionatdakı göstəriciləri belədi: 11 qol, 10 məhsuldar ötürmə.
Fanat.Az