İtaliya A Seriyasında daha bir baş məşqçi istefası reallaşıb. Fanat.az xəbər verir ki, "Kyevo" baş məşqçisi Cuzeppe Sanninonu istefaya göndərib.
Buna səbəb komandanın uğursuz çıxışı olub. Belə ki, "Kyevo" 12 turdan sonra 1 qələbə, 3 heç-heçə və 8 məğlubiyyətlə turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Qeyd edək ki, bu A Seriyasında cari mövsümün 4-cü baş məşqçi istefası olub. Bundan əvvəl "Cenoa"da Fabio Liverani, "Kataniya"da Rolando Maran və "Sampdoriya"da Delio Rossi postundan ayrılıb. İstefaya gedən 5-ci baş məşqçinin "Milan"ı çalışdıran Massimiliano Allegrinint olacağı gözlənilir. İtaliya mətbuatının məlumatına görə, çempionluq yarışından demək olar ki, kənarda qalan klubun sahibi Silvio Berluskoni tezliklə baş məşqçini qovacaq.
Fanat.az