İtaliya yığmasının sabiq üzvü üçün 500 min avro ödədilər

İtaliya yığmasının sabiq üzvü üçün 500 min avro ödədilər

“Salernitana” bu mövsümün əvvəlində “Sampdoriya”dan icarəyə götürdüyü Antonio Kandrevanı heyətində saxlamağa qərar verib.

Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi 36 yaşlı futbolçunun transfer hüquqlarını alıb.

“Salernitana” onun birdəfəlik transferi üçün “Sampdoriya”ya 500 min avro ödəyib.

Kandreva mövsümün əvvəlindən bəri “Salernitana”da 32 oyuna çıxıb və 5 qol vurub.

“Sampdoriya”nın bu ilin yanvarında “Empoli”yə icarəyə verdiyi hücumçu Françesko Kaputo da geri qayıtmayacaq. O da indiki klubunda qalmağa qərar verib. “Empoli”nin 35 yaşlı forvardın birdəfəlik transferi üçün nə qədər ödədiyi açıqlanmır.

Published in Dünya futbolu,

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər