İtaliya təmsilçisinin baş məşqçisi qovuldu

İtaliya təmsilçisinin baş məşqçisi qovuldu
İtaliyanın "Torino” klubu baş məşqçisi Marko Campaolonu istefaya göndərib.
 
Fanat.Az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
53 yaşlı mütəxəssisin qovulmasına komandanın cari mövsümdək uğursuz çıxışı səbəb olub. Campaolo 2020-ci ilin avqustundan A Seriyası təmsilçisini çalışdırırdı.
 
"Torino” 18 turdan sonra cəmi 2 qələbə qazana bilib və 13 xalla 18-ci sırada qərarlaşıb.
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər