İtaliya Super Kuboku uğrunda keçiriləcək qarşılaşmanın baş tutacağı yer açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Milan" və "İnter" komandaları arasındakı görüş 2023-cü il yanvarın 18-də Səudiyyə Ərəbistanında olacaq.
Qeyd edək ki, "Milan" 2021/2022 mövsümündə A Seriyasının, "İnter" isə İtaliya Kubokunun qalibi olub.
Emin