İtaliya nəhəngləri Ukrayna millisinin forvardını istəyir

İtaliya nəhəngləri Ukrayna millisinin forvardını istəyir

Ukrayna millisinin və "Jirona"nın hücumçusu Artyom Dovbik üç İtaliya klubunun diqqət mərkəzindədir.

Fanat.Az xəbər verir ki, məlumatı "El Gol Digital" yayıb.

Xəbərə görə, bunlar "İnter", "Yuventus" və "Roma"dır. Mənbə "İnter"in artıq bir neçə aydır ki, Artyomun performansını nəzarətdə saxladığını və onun transferi üçün böyük məbləğ xərcləməyə hazır olduğunu vurğulayıb.

"Jirona"ya yayda "Dnepr 1"dən transfer edilən Dovbik  cari mövsüm 15 La Liqa matçına çıxıb. Bu qarşılaşmalarda 8 qol vuran forvard 4 məhsuldar ötürmə ilə də yadda qalıb. 

2023/2024 mövsümünün ilk 16 turdan sonra La Liqanın turnir cədvəlinə 41 xalla "Jirona" başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər