Maurisio Poçettino karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "Yuventus" və "İnter" Poçettinonun xidmətində maraqlıdı. Futbolçular və baş məşqçi Mauritsio Sarri arasındakı fikir ayrılığı səbəbindən Turin klubunun rəhbərliyinin yeni çalışdırıcı axtarışında olduğu bildirilir. "İnter" rəsmiləri isə komandanın Antonio Kontenin rəhbərliyi altında "Yuve" ilə çempionluq mübarizəsində geri düşməsindən narazıdı.
Poçettinonun sonuncu iş yeri "Tottenhem" olub. Argentinalı məşqçi 2019-cu ilin son aylarında istefaya göndərilmişdi.
Fanat.Az