"Milan"a məxsus olan yarımmüdafiəçi Sandro Tonalinin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanı var.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic"in yayıb. "Nyukasl" futbolçunun xidmətində maraqlıdır. İngiltərə klubunun rəhbərliyi futbolçu üçün 50 milyon avro təklif etməyə hazırdır. 23 yaşlı italiyalı ilə “Çelsi” də maraqlanır, lakin paytaxt klubu onu transfer etmək üçün hələlik addım atmağa tələsmir.
Ötən mövsüm Sandro “rossonerilər”in heyətində 48 matçda iştirak edib və bu görüşlərdə iki qol vurub və on məhsuldar ötürmə edib. Onun milanlılarla müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Mirağa