İtaliya nəhəngində yeni prezidentin adı açıqlandı

İtaliya nəhəngində yeni prezidentin adı açıqlandı

"İnter"in baş direktoru Cüzeppe Marotta klubun prezidenti olacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə “neradzurri”nin rəsmi saytı məlumat yayıb.

"İnter"in yeni sahibi olan Amerikanın "Oaktree Capital" investisiya fondunun sahibləri Marottanı prezident etmək qərarına gəliblər. O, yaxın vaxtlarda bu vəzifəyə rəsmən təsdiqlənəcək.

Marotta 2018-ci ildən "İnter"də çıxış edir. Bundan əvvəl o, "Yuventus", "Sampdoriya", "Atalanta", "Venesiya", "Ravenna" və "Komo"da yüksək vəzifələrdə çalışıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər