İtaliya nəhəngi yeni sponsorla anlaşdı - İldə bu qədər qazanacaq

İtaliya nəhəngi yeni sponsorla anlaşdı - İldə bu qədər qazanacaq

İtaliyanın "İnter" klubu yeni titul sponsoru ilə əməkdaşlıq barədə razılığa gəlib. 

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Daniele Mari özünün "X" ("Twitter") sosial şəbəkə hesabında paylaşıb.

Mənbənin məlumatına görə, bu "Betsson" bukmeker kontorudur.

Yeni mövsümdən qüvvəyə minəcək müqavilənin müddəti 5 il nəzərdə tutulub və hər il Milan klubuna 30 milyon avro qazandıracaq. "Betsson"un rəqibi ildə cəmi 16-18 milyon təklif edən "Qatar Airways" idi.

"Betsson" üzlərindən biri Roma əfsanəsi Françesko Totti olacaq yeni platformanı İtaliyada istifadəyə verməyi planlaşdırır.

Qeyd edək ki, hazırda "İnter"in baş sponsoru "Paramount" yayım platformasıdır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər