İtaliya nəhəngi Salahı istəyir

İtaliya nəhəngi Salahı istəyir

"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Footbal Italia" məlumat yayıb. 

Xəbərə görə, hücum xəttini gücləndirməyə çalışan "Yuventus" misirli futbolçunu transfer etməyi planlaşdırır.  

Qeyd edək ki, Salahın PSJ-nin maraq dairəsində olduğu da bildirilir. 

Xatırladaq ki, futbolçunun "Liverpul" ilə indiki anlaşmasının müddəti 2023-cü ildə başa çatacaq.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər