İtaliya nəhəngi nigeriyalı vingerlə razılığa gəldi

İtaliya nəhəngi nigeriyalı vingerlə razılığa gəldi

"Milan" vinger Samuel Çukvuezenin transferi üçün "Vilyarreal"la razılığa gəlib. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, sövdələşmə təxminən 20 milyon avro təşkil edəcək. "Submarina" daha 8 milyon bonus ala bilər.

Bu həftə futbolçu "rossonerilər" üçün tibbi müayinədən keçəcək və bundan sonra İtaliya klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayacaq.

Çukvueze 2017-ci ildən "Vilyarreal"dadır. 24 yaşlı nigeriyalı ötən mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. . Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər