“Roma” klubunda ayrılıq yaşanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt klubu Rik Karsdorp ilə yollarını ayırıb.
2017-ci ildən “Roma”da çıxış edən 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Niderlandlı oyunçu A Seriyasında 113 oyunda 1 qol vurub, 11 məhsuldar ötürmə edib.