İtaliya nəhəngi müdafiəçisini itirə bilər

İtaliya nəhəngi müdafiəçisini itirə bilər

"Mançester Yunayted" "İnter"in futbolçusu Alessandro Bastonini transfer etməyi planlaşdırır. 

Fanat.Az xəbər verir ki, bu barədə "Inter Live" məlumat yayıb. 

Xəbərə görə, hazırda klubunda 4 milyon avro qazanana italiyalı müdafiəçiyə İngiltərə klubu ikiqat maaş təklif edir. Belə ki, "Mançester Yunayted" 23 yaşlı futbolçuya ilinə 8 milyon avro ödəməyə hazırdır. 

"İnter" isə Bastoninin maaşını 6 milyona yüksəltmək istəyir. Lakin "Mançester Yunayted"in 8 milyonluq təklifi Bastonini cəlb edə bilər. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər