"Yuventus"un müdafiəçisi Qleyson Bremer yay transfer pəncərəsində Turin klubunu tərk edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Ekrem Konur yayıb.
Mənbənin məlumatına görə, Turin klubu 75 milyon avro qarşılığında əsas oyunçusu ilə yollarını ayrılmağa hazırdır. 26 yaşlı futbolçunun xidmətində "Real Madrid" və bir sıra İngiltərə klubları, o cümlədən "Mançester Yunayted" maraqlıdır.
Bremer 2022-ci ildən "Yuventus"da çıxış edir və "ağ-qaralar"a digər Turin klubu "Torino"dan keçib.
Bu mövsüm o, 26 oyun keçirib və iki qol vurub. Onun "Yuventus" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. Müdafiəçinin transfer dəyəri 50 milyon avro qiymətləndirilir.
Mirağa