İtaliya nəhəngi Mauntu istəyir - Baş məşqçi rəhbərliklə danışdı

İtaliya nəhəngi Mauntu istəyir - Baş məşqçi rəhbərliklə danışdı

"Çelsi"nin yarımmüdafiəçisi Meyson Maunt karyerasını İtaliyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.

Xəbərə görə, 23 yaşlı futbolçunun xidmətində "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri şəxsən maraqlıdır. Mənbə Ueston Makkenni və Adrien Rabyo ilə vidalaşmağa hazır olan Turin təmsilçisinin çalışdırıcısının Mauntla bağlı rəhbərliklə danışdığını vurğulayıb.

Qeyd edək ki, Meyson Maunt "Çelsi"nin öz yetirməsidir. Onun "zadəganlar"la olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər