İtaliya nəhəngi Firmino üçün təklif göndərdi - MƏBLƏĞ

İtaliya nəhəngi Firmino üçün təklif göndərdi - MƏBLƏĞ

"Liverpul"un braziliyalı hücumçusu Roberto Firmino karyerasını İtaliyada davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

Mənbə forvard axtarışında olan "Yuventus"un "qırmızılar"a rəsmi təklif göndərdiyini açıqlayıb. Xəbərə görə, Turin klubu Firminonu 23 milyon avroya almağa hazırdır. Tərəflərin danışıqları davam etdirdiyi bildirilib.

Qeyd edək ki, Braziliya millisinin 30 yaşlı hücumçusu "Liverpul"a 2015-ci ildə Almaniyanın "Hoffenhaym" klubundan transfer olunub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər