İtaliya nəhəngi bu mövsüm qol vura bilməyən alman forvardı heyətinə qatır - SON DURUM

İtaliya nəhəngi bu mövsüm qol vura bilməyən alman forvardı heyətinə qatır - SON DURUM

İngiltərənin Premyer Liqa təmsilçilərindən olan "Vest Hem"in və Almaniya millisinin hücumçusu Niklas Füllkruqun karyerasını İtaliya nəhəngində davam etdirəcəyi dəqiqləşib.

Fanat.Az "Sky in Germany"yə istinadən xəbər verir ki, o, cari mövsümün sonuna qədər "Milan"da  icarədə olacaq.

Mənbə tərəflərin artıq razılığa gəldiyini vurğulayıb. "Milan"ın sonradan Niklasın transfer hüquqlarına da yiyələnə biləcəyi açıqlanıb. Yazılanlara inansaq, A Seriyası təmsilçisi icarə müddətində futbolçunun maaşını tam şəkildə ödəyəcək və qarşı tərəfə icarə haqqı verməyəcək.

Qeyd edək ki, bu mövsüm almaniyalı forvard bütün turnirlərdə 9 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Füllkruq ümumilikdə 413 dəqiqə meydanda olub. Onun "Vest Hem"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər