İtaliya nəhəngi avstraliyalı qapıçı ilə anlaşdı

İtaliya nəhəngi avstraliyalı qapıçı ilə anlaşdı

İtaliyanın "Roma" klubu avstraliyalı qapıçı Metyu Rayanla müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı Rayanın romalılarla sonradan daha iki mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzaladığı bildirilib. Qapıçı “Roma”ya azad agent kimi keçib və 98 nömrə geyinəcək.

Metyu Rayan 2023/24 mövsümünü Niderlandın “AZ Alkmaar” klubunda keçirib, burada 35 oyuna çıxıb, 40 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər