"Roma" 2019-20 mövsümünün ilk 9 ayı ərzində 126,4 milyon avro zərər edib.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, bu, "Roma" üçün rekord səviyyədi. Klubun zərərinin ötən mövsümün eyni periodu ilə müqayisədə təxminən 100 milyon avro çox olduğu bildirilir. "Canavarlar"ın maliyyə itkiləri koronavirus pandemiyası və komandanın ötən mövsümün nəticələrinə əsasən, Çempionlar Liqasından uzaq düşməsi ilə əlaqədardı.
"Roma"nın ümumi borcu 278,5 milyon avro təşkil edir.
Fanat.Az