İtaliya millisinin üzvünün yeni klubu bilindi

İtaliya millisinin üzvünün yeni klubu bilindi

A Seriyası klubu "Cenoa"nın hücumçusu Mateo Reteqi "Yuventus"a keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

Mənbənin məlumatına görə, Turin nəhəngi artıq Reteqi və onun hazırki klubu ilə prinsipial razılığa gəlib.

“Qoca sinyora” 24 yaşlı futbolçunu Duşan Vlahoviçin əvəzləyicisi hesab edir.

Mateo Reteqi bu mövsüm "Cenoa"nın heyətində 25 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin İtaliya millisinin heyətində 6 oyunda 4 qol vurmağı bacarıb. "Transfermarkt" futbolçunun dəyərini 16 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər