"Kalyari"nin sabiq yarımmüdafiəçisi Andrea Kapone oteldə ölü tapılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb.
Mənbənin məlumatına görə, Kaponenin cəsədi Kalyaridəki oteldə tapılıb. 43 yaşlı italiyalının ölümünün ilkin səbəbi pilləkənlərdən təsadüfən yıxılması göstərilir.
Kapone bir gün əvvəl oteldə dostunun məclisində iştirak edib. O, gecə üçün otaq kirayələyib, bu gün səhər isə onu ölü tapıblar.
Karyerası ərzində Kapone təkcə “Kalyari”də oynamayıb, həm də "Sora", "Treviso", "Viçentsa", "Qrosseto" və "Salernitana"nın şərəfini qoruyub. 2001-ci ildə isə İtaliyanın gənclərdən ibarət yığmasına çağırılıb.