İtaliya millisinin baş məşqçisi ilə bağlı qərar verildi

İtaliya millisinin baş məşqçisi ilə bağlı qərar verildi
İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Roberto Mançini ilə bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis daha üç il komandanın sükanı arxasında qalacaq.
57-ci yaşlı çalışdırıcı bu il başa çatacaq sözləşməsini 2024-cü ilə qədər uzadacaq. Hazırda illik maaşı 2 milyon avro olan Mançininin yeni müqavilədən sonra məvacibi 3 milyon avroya yüksəldiləcək.
Qeyd edək ki, Roberto Mançini 2018-ci ildən Skuadra Adzurranı çalışdırır.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər