İtaliya millisinin baş məşqçi postuna əsas namizəd açıqlandı

İtaliya millisinin baş məşqçi postuna əsas namizəd açıqlandı

İtaliya millisinin baş məşqçi postuna əsas namizədin adı açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, bu, ötən mövsümün sonunda "Napoli"dən ayrılan Luçano Spallettidir. Mənbə İtaliya Futbol Federasiyasının Spalletti ilə müqavilə bağalamaq üçün onun sabiq klubuna 3,2 milyon avro təzminat ödəməli olduğunu, lakin qurumun bu məbləği vermək istəmədiyini vurğulayıb. Tərəflərin sabah görüşərək ortaq məxrəcə gəlməyə çalışacaqları bildirilib.

Xatırladaq ki, daha öncə İtaliyaya Avropa çempionluğunu qazandıran Roberto Mançini iş yerini tərk edib.  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər