İtaliya millisinin 40 oyunluq seriyası qırıldı

İtaliya millisinin 40 oyunluq seriyası qırıldı

Futbol üzrə İtaliya millisinin Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda ötən gecə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İngiltərə ilə ev oyununda məğlub olub.

Rəqibinə 1:2 hesabı ilə uduzan bu komanda son olaraq 2006-cı ilin sentyabrında Fransaya uduzmuşdu - 1:3.

İtalyanlar əvvəlki 40 qarşılaşmanın 36-da qələbə qazanıb, 4-dəfə isə heç-heçə ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər