Futbol üzrə İtaliya millisinində koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı ölkənin futbol federasiyasının rəsmi saytı yayıb.
Yığmanın COVID-19 testi müsbət çıxmış nümayəndələri karantinə alınıb. Millinin düşərgəsində olan futbolçular isə əlavə testdən keçməli olacaqlar.
Qeyd edək ki, martın 24-də İtaliya yığması dünya çempionatının pley-off mərhələsinin yarımfinal matçında Şimali Makedoniya ilə üz-üzə gələcək. Qələbə qazanacaqları təqdirində isə Portuqaliya - Türkiyə qarşılaşmasının qalibi ilə finalda görüşəcəklər. Dünya çempionatı 21 noyabr - 18 dekabrda olacaq.