Braziliyada keçiriləcək dünya çempionatına qatılacaq İtaliya millisinin baş məşqçisi Cesare Prandelli mundialdan öncə futbolçulara ilinc yasaqlar qoyacaq. Fanat.az xəbər verir ki, dünya çempionatı boyunca italyan futbolçular "Twitter"dən istifadə edə bilməyəcək.
Prandelli qərarını belə izah edib: "Twitter"ə qarşı olan insan deyiləm. Amma dünya çempionatı boyunca bəzi qaydalarımız olacaq. Əgər biri bir söz demək istəyirsə, bunu "Twitter"də yox, mətbuat konfransında deyəcək. Futbolçuların sosial medianı sevdiyini bilirəm. Amma təxminən bir ay "Twitter"dən uzaq durmalı olacaqlar. Mənim qaydalarıma əməl etməyə məcburdular".
Fanat.az