İtaliya Kubokunun formatı dəyişdirilir - Koronavirusa görə

İtaliya Kubokunun formatı dəyişdirilir - Koronavirusa görə
Koronavirus səbəbindən İtaliya Kubokunun formatının dəyişdirilməsi gündəmdədi.
Fanat.Az xəbər verir ki, turnirin yekun etapının "Dördlər finalı" formatında keçirilməsi təklif olunub. Həlledici mərhələ may ayının sonuncu həftəsinə təsadüf edə bilər.
Hazırda "Yuventus", "Milan", "İnter" və "Napoli" mübarizəni davam etdirir. Yarımfinal mərhələsinin ilk oyunları artıq geridə qalıb. "Milan" "Yuventus"la 1:1 hesablı bərabərliyə razı olub, "Napoli" isə "İnter"i yenib - 1:0.
Qeyd edək ki, cavab görüşləri təxirə salınıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər