İtaliya Kuboku: "Fiorentina" 1/4 finala adlaya bilmədi

İtaliya Kuboku: "Fiorentina" 1/4 finala adlaya bilmədi

İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

“Fiorentina” doğma meydanda “Empoli” ilə qarşılaşıb. Penaltilər seriyasına qədər uzanan matçın sonunda sevinən tərəf qonaqlar olublar.

İtaliya Kuboku 1/8 final 3 dekabr

Bolonya – Montsa 4:0 Qollar: Pobeqa, 32. Orsolini, 35. B.Dominqes, 63. Kastro, 76.

Milan – Sassuolo 6:1 Qollar: Çukvueze, 12; 21. Reynders, 17. Leao, 23. Kalabriya, 56. Abraham, 62 – Mulattyeri, 59.

4 dekabr

Fiorentina – Empoli 2:2 (penaltilər 3:4) Qollar: Kin, 59. Sottil, 70 – Ekonq, 4. Espozito, 75.

5 dekabr

00:00. Latsio – Napoli

17 dekabr

00:00. Yuventus – Kalyari

18 dekabr

21:30. Atalanta – Çezena 00:00. Roma – Sampdoriya

19 dekabr

00:00. İnter – Udineze

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər