İtaliya klubundan Nainqqolana qeyri-adi təklif: "Sənin üçün yerimiz var"

İtaliya klubundan Nainqqolana qeyri-adi təklif: "Sənin üçün yerimiz var"

Belçikalı yarımmüdafiəçi Raca Nainqqolan İtaliyanın C Seriyasında çıxış edən SPAL-dan ayrılıb. 

Fanat.Az xəbər verir ki, o, tezliklə karyerasını başqa bir İtaliya klubunda davam etdirə bilər. 

C Seriyasında çıxış edən "Brindisi" onunla müqaviləyə maraq göstərir. Klub hətta sosial şəbəkə hesabında futbolçuya çağırış edib: "Hörmətli Raca, sizin üçün yerimiz var. Brindisi gözəl şəhərdir və azarkeşlər İtaliyanın ən yaxşısıdır. Buyurun, fikirləşin, sizi gözləyirik".

Nainqqolan 2018-2021-ci illərdə İtaliyanın "Roma" və "İnter" kimi nüfuzlu klublarında çıxışı ilə tanınır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər