İtaliyanın "İnter” klubu da Avropa Super Liqası layihəsindən çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, klub rəhbərliyi liqadan çıxmaqla bağlı qərar qəbul edib.
Qeyd edək ki, Avropa Super Liqasını aprelin 18-də İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Arsenal”, "Liverpul”, "Tottenhem” və "Çelsi”, İspaniyanın "Real Madrid", "Barselona” və "Atletiko” (Madrid), İtaliyanın "Yuventus”, "Milan” və "İnter” klubları yaradıblar. Lakin UEFA və FİFA-nın təzyiqləri və futbol ictimaiyyətinin narazılığından sonra İngiltərənin 6 klubu turnirdən geri çəkilib.
Fanat.Az