"Napoli”nin heyətinə koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, İtaliya klubunun yarımmüdafiəçisi Fabian Ruis koronavirusa yoluxub. Testinin cavabı müsbət çıxan 24 yaşlı ispan futbolçu karantinə alınıb.
Beləliklə, Ruis "Fiorentina”, "Yuventus” və "Veroona” ilə oyunlarını buraxacaq.
Qeyd edək ki, daha əvvəl də "Napoli”də hücumçu Viktor Osimhenin də koronavirusa yoluxduğu müəyyənləşmişdi.
Fanat.Az