İtaliya klubunda koronavirus şoku

İtaliya klubunda koronavirus şoku
İtaliyanın "Cenoa” klubunun iki futbolçusu koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
 
Xəbərə görə, Lasse Şönenin və qapıçı Mattia Perinin koronavirus testinin cavabı pozitiv çıxıb.
Karantinə alınan hər iki futbolçunun adı A Seriyasının 2-ci turu çərçivəsində keçiriləcək "Napoli” ilə oyunun iştirak ərizəsindən çıxarılıb. 
Qeyd edək ki, "Napoli” – "Cenoa” oyunu bu gün, saat 17:00-da başlayacaq.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər