İtaliya A Seriyasında işləri yolunda getməyən “Sassuolo” klubu baş məşqçisi Alessio Dioni ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
İstefaya eyni adlı şəhər təmsilçisinin son 6 görüşdə qələbə qazana bilməməsi səbəb olub.
Komandaya müvəqqəti olaraq gənclərdən ibarət komandanın məşqçisi Emiliano Biqiç rəhbərlik edəcək.
Dioni 2021-ci il iyulun 1-dən “Sassuolo”nu çalışdırırdı. Sözügedən komanda hazırda A Seriyasının turnir cədvəlində 20 xalla 17-cidir.
Mirağa