İtaliya klubu xorvat çalışdrıcıya tapşırıldı

İtaliya klubu xorvat çalışdrıcıya tapşırıldı
İtaliyanın "Torino” klubunun yeni baş məşqçisi müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, bundan sonra sözügedən komandanı İvan Yuriç çalışdıracaq.
 
Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Yuriç yeni komandasındakı işinə iyulun 1-dən başlayacaq.
 
Qeyd edək ki, Yuriç "Torino”da Davide Nikolanı əvəz edib. Nikola bu ilin yanvarında Marko Campaolonun istefaya göndərilməsindən sonra bu posta gətirilmişdi. Lakin klub rəhbərliyi yeni mövsümə onunla başlamaq istəməyib və 48 yaşlı mütəxəssislə vidalaşıb.
 
İvan Yuriç isə geridə qalan mövsümdə "Verona”ya rəhbərlik edirdi. 2019-cu ilin yayından "Verona”nı çalışdıran xorvat mütəxəssis ötən gün bu klubla yolları ayırmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər