İtaliya klubu rus oyunçunun gələcəyi ilə bağlı qərarını qətiləşdirdi

İtaliya klubu rus oyunçunun gələcəyi ilə bağlı qərarını qətiləşdirdi

"Atalanta" rəhbərliyi komandanın rus yarımmüdafiəçisi Aleksey Mirançukla bağlı qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "TuttoMercatoWeb" yayıb.

Mənbə Berqamo təmsilçisinin qışda Mirançuku satmaq niyyətində olmadığını, sözügedən oyunçunun mövsümün ikinci yarısında əsas heyət üzvlərindən biri sayılacağını vurğulayıb.

Qeyd edək ki, 28 yaşlı Mirançuk cari mövsüm qol hesabını A seriyasının 16-cı turunda açıb. O, "Salernitana"nı 4:1 hesabıyla yendikləri matçın 89-cu dəqiqəsində rəqib qapısına yol tapıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər