İtaliyanın "İnter" klubu heyətinə yeni futbolçu cəlb etmək istəyir.
Fanat.Az xəbər verir ki, A seriyası təmsilçisi "Kalyari"nin yarımmüdafiəçisi Naytan Nandesə (Nahitan Michel Nández Acosta) göz dikib.
Məlumatı italyan jurnalist Nikolo Skira yayıb.
"Neradzura" 25 yaşlı futbolçunu icarəyə götürmək fikrindədir. Ancaq "Kalyari" Nandesi satmaq niyyətindədir.
Qeyd edək ki, Uruqvay millisinin üzvü 2019-cu ildən "Kalyari"də çıxış edir. Bu müddət ərzində 67 oyunda forma geyinib və 4 qola imza atıb.
Röya